Qaydalar
Qaydalar və Şərtlər
Saytdan istifadə etməklə aşağıdakı qaydaları qəbul etmiş olursunuz.
- Minimum ödəniş 1 AZN-dir.
- Minimumdan az olan ödənişlər növbəti ödənişlə birlikdə balansa əlavə olunur.
- Balansa yüklənən vəsait geri qaytarılmır.
- Qiymətlər dəyişə bilər, buna görə sifarişdən əvvəl yoxlamaq tövsiyə olunur.
- Bəzi xidmətlərə zəmanət verilmir. Zəmanətsiz xidmətlərdə azalmalara görə məsuliyyət sifariş verənə aiddir.
- Uzun müddət başlamayan sifariş ləğv olunur və ödənilən məbləğ balansa qaytarılır.
- Başlanğıc sayından aşağı düşən sifarişlərə bərpa verilmir.
- Alış-satış edənlər öz sifarişlərinə görə özləri məsuliyyət daşıyır.
- İzləyici xidmətlərində aktivlik zəmanət altına alınmır. Məsuliyyət yalnız alınan miqdarın yüklənməsinə aiddir.
- Yanlış sifarişə görə ödənilən məbləğ geri qaytarılmır. Yanlış sifarişlərə müdaxilə edilmir.
- Eyni link üzrə ilk sifariş tamamlanmadan və ya ləğv edilmədən ikinci sifariş verilməməlidir. Əks halda itki ola bilər və geri ödəniş olunmur.
- Bonus balans yalnız yeni istifadəçilərə verilir (balans artırmamış, ikinci hesab açmamış və əvvəl sifarişi olmayanlar).
- Sifarişdən sonra başqa mənbədən eyni xidməti sifariş etmək və üçüncü tərəf sistemlərdən istifadə etmək qadağandır. Pozuntu halında sifariş “tamamlandı” sayılır və geri ödəniş olunmur.
- OVERPANEL hesabının satışı qadağandır və aşkarlandıqda hesab dərhal bloklanır.
- Saxta çek göndərmək qadağandır və hesab müddətsiz bloklanır.
- 18+ məzmunlu, mərc (bet) və qeyri-qanuni səhifələrə, terrorizmi təşviq edən və qeyri-qanuni işlərə aid sifarişlər qadağandır. Aşkarlandıqda hesab xəbərdarlıq edilmədən bloklanır.
- Qaydaların pozulması pozuntunun dərəcəsindən asılı olaraq xəbərdarlıqla və ya xəbərdarlıqsız hesabın müddətsiz bloklanması ilə nəticələnir.
- Cari ödənişlər yalnız həmin günün sonuna qədər etibarlıdır. Çek və istifadəçi adı həmin gün ərzində göndərilməlidir.
- Qəbzin tarixi irəli və ya keçmiş tarixlidirsə, ödəniş keçərsiz sayılır.
- OVERPANEL qaydaları istənilən vaxt dəyişdirə bilər.
Doğru sifariş şərtləri
- Sifariş verilən profil, paylaşım, kanal və s. açıq olmalıdır. Gizli olduqda sifariş “tamamlandı” sayılır və balans yanır.
- Eyni profilə və ya linkə eyni anda və ya ardıcıl iki sifariş verilmir. Əvvəlcə bir sifariş tamamlanmalı, sonra növbəti verilməlidir.
- Bərpa funksiyası olan xidmətlərdə bərpa 24 saatda yalnız bir dəfə istənilə bilər.
- Bərpası davam edən sifarişə yeni sifariş verilmir, əks halda bərpa gəlmir.
- Qismən tamamlanmış sifarişlərdə göndərilməyən hissənin məbləği avtomatik hesablanır və dərhal balansa qaytarılır.
Gizlilik siyasəti
- Daxil edilən məlumatlar yalnız sifarişlər barədə məlumatlandırma üçün istifadə olunur.
- Məlumatlar üçüncü tərəflərlə paylaşılmır və parollar həmişə şifrələnmiş saxlanılır.
- Qaydaların pozulması halında hesab xəbərdarlıq edilmədən silinə bilər.